Son zamanlar bazarın spirtsiz içkilər rəfində “soyuq çay” seqmentində yeni içkilərin yer aldığının hamımız şahidi oluruq. Alıcı kütləsinin yenilik axtarışı, yeni dadlar, yeni seçimlər və istəklər yaradır. “İmTea” soyuq çay içkisi adından belə göründüyü kimi içkinin xüsusiyyətinə önəm verməklə bir neçə çeşidlə bazara çıxmaqda israrlıdır. “İmTea” ilə qablaşma konsepsiyası, reklam və korporativ kimlik dizaynını üstəlik bir reklam filmini də çəkdik. Bəs siz “sərinliyin yeni ləzzəti”ni dadmısınızmı?