Bu məhsulu yaratmaqla ölkənin həyat sığortası bazarında pərakəndə həyat sığortası məhsulunun satışını təşkil edən ilk şirkət olub “Paşa Sığorta”. APG geniş hədəf kütləsi üçün hazırlanmış fərdi həyat sığortası məhsuludur. Məhsulu əldə edən şəxs istənilən səbəbdən ölüm halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Komandanın qarşısına çox mürəkkəb, lakin eyni zamanda da maraqlı iş sifarişi sorğusunu həyata keçirmək tapşırığı durmuşdur. Veriləcək mesaj birbaşa potensial müştəriyə təsir etməli və məhsulu əldə etmək qıcığını yaratmalı idi. Müştəri: Paşa Həyat Sığorta Reklam Agentliyi: Genna’Baku Kreativ Direktor: Nilufer Gülata Reklam Yazarı: Nicat Alxaslı Layihə Meneceri: Araz Səlimov Prodakşn: Adrenalin Brothers Rejissor: Maks Smetana Rejissor Köməkçisi: Sergey Kornienko Operator: Dmitri Yurikov Prodüser: Lena Yuzik